Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avro, səhmlər ucuzlaşır - İTALİYADA NƏ BAŞ VERDİ?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro, səhmlər ucuzlaşır - İTALİYADA NƏ BAŞ VERDİ?

İtaliyada "büdcə böhranı" 


 

Hökumətin gələn ilə dair bazar proqnozundan yüksək büdcə kəsiri üzərində razılaşması ilə əlaqədar olaraq İtaliya şirkətlərinin səhmləri və istiqrazları satış təzyiqi ilə qarşı-qarşıya qalıb.

 

"Marja" xəbər verir ki, İtaliyada bank səhmləri kəskin ucuzlaşıb, bəzi səhmlərin ticarəti alt qiymət sərhədində dayandırılıb.

 
Avro, İtaliyada bank qiymətli kağızlarındakı kəskin satışın təsirilə dollar qarşısında daha da ucuzlaşıb. Avro/dollar məzənnəsi Bakı vaxtı ilə saat 16:00-da 0.58 faiz minusda 1.1574-dən əməliyyat olunub.
 

FTSE İtaliya Bank İndeksi, həftənin son iş günündə 7.42 faiz geriləyərək iki ildən uzun bir müddətin ən kəskin azalmasını qeyd edib.
 


10 illik İtaliya xəzinə istiqrazlarının faizi 3.2574 faiz səviyyəsinə qədər qalxıb.
 
 

İTALİYADA NƏ BAŞ VERDİ?
 

İtaliya hökuməti Avropa bazarlarında maraqla gözlənilən büdcə hədəflərini açıqlayıb. Populist koalisiya hökuməti dövlət xərclərində böyük artıma getmək məsələsində razılaşıb. Belə ki, gələn il üçün büdcə kəsiri hədəfi 2.4 faiz olub.
 

İtaliyanın texnokrat iqtisadiyyat və maliyyə naziri Giovanni Tria, büdcə kəsiri hədəfinin ÜDM-in 1.6%-i olmasını müdafiə edirdi. Əvvəlki mərkəzi sol hökumətin 2019-cu il üçün büdcə kəsiri hədəfi  0.8% idi. Avropa İttifaqının (Aİ) büdcə kəsiri məhdudiyyəti isə 3 faiz səviyyəsindədir.
 

Koalisiya partiyaları ilə bir əlaqəsi olmayan iqtisadiyyat naziri Giovanni Tria, Prezident Mattarellanın koalisiyanın ilk namizədini rədd etməsindən sonra hökumətə daxil olmuşdu.
 

Bazar gözləntilərinin üzərində razılaşdırılmış büdcə kəsiri hədəfi, İtaliya hökumətini həm bazar, həm də Avropa İttifaqı ilə qarşı-qarşıya gətirib.

28.09.2018 14:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ