Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Neftin bahalaşması Rusiyaya sanksiyaların təsirini tarazlaşdıra bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin bahalaşması Rusiyaya sanksiyaların təsirini tarazlaşdıra bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 İnvestorlar Rusiya istiqrazlarını alırlar 


 

ABŞ-ın keçmiş Prezidenti Barak Obama Rusiyaya qarşı ilk sanksiyaları 2014-cü ildə tətbiq edəndə neft qiymətlərindəki kəskin azalma sanksiyaların təsirini artırmışdı. İndisə bazarlarda baş verən şey bunun tam əksidir.
 

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar təbiq edib və əlavə də tətbiq etməyə hazırlaşır. Dİgər tərəfdən, bəzi treyderlər Rusiyanın əsas ixracat məhsulu olan neftin barelinin 2014-cü ildən bəri ilk dəfə 100 dollara qalxacağını gözləyir.
 

"Marja" xəbər verir ki, Rusiyanın yüksək neft gəlirindən irəli gələn üstünlüyü, ABŞ-ın ən sərt tədbirlərinin də təsirini tarazlaşdıra bilər. Neft qiymətlərindəki artımla yanaşı investorlar, Rusiya xəzinə istiqrazlarını alırlar.
 

Analitiklər bildirirlər ki, neft qiymətlərindəki yüksəliş sanksiya narahatlıqlarını azaldıb. Rusiya, əsas göstəricilər mənasında ən güclü inkişaf edən bazarlardan biridir.

28.09.2018 14:33

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ