Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azərpoçt”dan Gömrük əməkdaşının iddialarına reaksiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərpoçt”dan Gömrük əməkdaşının iddialarına reaksiya

“Dövlət Gömrük Komitəsinin rəsmisinin poçt göndərişləri ilə mobil telefonların ölkəyə gətirilməsinə dair verdiyi açıqlamasında  "Azərpoçt" MMC-nin əməkdaşları və şöbələri ilə bağlı söylədikləri faktların araşdırılmamış məlumat olduğunu Komitənin rəsmi səhifəsində yayılan xəbərlə DGK  təsdiqlədi".

 

Bu barədə “Azərpoçt”dan  "Marja"ya daxil olmuş verilən açıqlamada bildirilir.

 

Məlumatda qeyd olunur:  "Bu təkzib özü göstərir ki, söylənən faktlar araşdırılmqdadır,hələ heç bir nəticə yoxdur və "Azərpoçt" MMC-yə bu cür halların mövcudluğu ilə bağlı rəsmi müraciət olunmayıb”.

 

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli bəzi poçt əməkdaşlarının qanunsuz mobil telefon alverinə kömək etdiyini, xüsusilə “Azərpoçt”un bölgələrdə fəaliyyət göstərən filiallarında bu kimi hallara rast gəldiklərini bildirmişdi.

 

DGK isə sonradan məsələ ilə bağlı açıqlama verərək hər bir fakt üzrə araşdırmalar aparıldığını qeyd etmişdi:

 

"Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim çərçivəsində poçt göndərişləri ilə mobil telefonların ölkəyə gətirilməsi zamanı hüquqpozma hallarına yol verilməsinə dair komitənin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərlinin açıqlamasına əlavə olaraq Dövlət Gömrük Komitəsi bildirir ki, hər bir fakt üzrə araşdırmalar aparılır. Yalnız araşdırmaların sonunda qanunvericiliyin pozulması hallarına şərait yaradan gömrük orqanı əməkdaşları və ya digər aidiyyəti şəxslər müəyyən ediləcək və həmin şəxslər haqqında müvafiq tədbirlər görüləcək".

28.09.2018 16:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ