Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Çinin market şəbəkəsi Azərbaycan şərabı və nar şirələrinin satışına başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çinin market şəbəkəsi Azərbaycan şərabı və nar şirələrinin satışına başladı

Sentyabrın 28-də Çinin Lucou şəhərində “Azərbaycan Ticarət Evi” açılıb.

 

İqtisadiyyat Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə,  Çində yeni açılan “Azərbaycan Ticarət Evi” Azərbaycan məhsullarının Çin alıcılarına tanıdılması baxımından əhəmiyyətli rol oynayacaq.

 

Qeyd edək ki, Yancı çayının üzərində yerləşən və liman şəhəri olan Lucouda açılan “Azərbaycan Ticarət Evi”nin ümumi sahəsi 600 kvadrat metrdir. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki Səfirliyinin və Ticarət Nümayəndəliyinin, Lucou şəhər hakimiyyətinin və “Eastern Allfriends” şirkətinin təşkilatçılığı ilə açılan “Azərbaycan Ticarət Evi”ndə ölkəmizdə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli ərzaq və qeyri-ərzaq məhsulları, o cümlədən çay, mineral sular, spirtli içkilər, meyvə-tərəvəz və onlardan emal olunmuş məhsullar (meyvə şirələri, kompotlar, konservlər, mürəbbələr, turşular, bitki yağları), və s. nümayiş olunur.

 

Azərbaycan memarlıq nümunələrinin elementləri əsasında dizayn edilmiş ticarət evində məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək.

 

Bundan başqa, ticarət evi Azərbaycan məhsullarının Çin bazarında daha çox tanıdılmasına, ixracın təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcəkdir.

 

Ticarət evinin açılması ilə yanaşı, Çinin qərb hissəsində 34 marketi əhatə edən “EAF” şəbəkəsində “Made in Azerbaijan” brendi ilə istehsal olunan şərab və nar şirələrinin satışına başlanılıb.

 

Bu gün həmçinin, Çinin Lucou şəhərində Cənub-Qərb məhsullar sərgisi açılıb. Bu il 6-cı dəfə keçirilən “Çin Lucou Cənub-Qərb məhsullar sərgisi”ndə 16 ölkə təmsil olunub. Sərgidəki Azərbaycan milli pavilyonunda “Made in Azerbaijan” brendi ilə istehsal olunan meyvə şirələri, şərab və spirtli içkilər nümayiş olunur.

 

Qeyd edək ki, 5,5 milyon əhalisi olan Lucou şəhəri aid olduğu Siçuan, habelə Yunnan və Quycou vilayətlərinin, Çinin ən böyük bələdiyyəsi olan Çunçin şəhərinin arasında yerləşməklə, əhəmiyyətli nəqliyyat-ticarət qovşağı hesab olunur.

28.09.2018 16:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ