Ən yuxarı (mobil)_30

Nikitin adına kolxozda üzüm yığımına başlanılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nikitin adına kolxozda üzüm yığımına başlanılıb

Azərbaycanda yeganə kollektiv təsərrüfat olan Nikitin adına kolxozda şərab istehsalı üçün yüksək keyfiyyətə malik texniki sort “Mədrəsə” üzümünün yığımına başlanılıb.

 

Kolxozda gün ərzində 40-50 ton üzüm yığılır və məhsul respublikamızın şərab zavodlarına göndərilir.

 

Qeyd edək ki, kolxoz İsmayıllı rayonunda ən iri üzümçülük təsərrüfatlarındandır. Burada 296 hektar texniki sort olan üzüm bağı var. Bu bağlar ötən ilin 70-ci illərində salınıb. Keçən əsrin 90-cı illərində rayonda demək olar ki, bütün plantasiyalar baxımsızlıq üzündən məhv olsa da, Nikitin adına kolxozda bu bağlar qorunub saxlanıb.

 

Kolxozda hər il orta hesabla 1000 ton üzüm istehsal edilir. Cari mövsümdə plantasiyalardan 1100 tondan çox məhsul yığılacağı proqnozlaşdırılır.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

01.10.2018 05:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ