Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dünyanın ən böyük avtomobil "bulud"u yaradılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən böyük avtomobil "bulud"u yaradılacaq

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen", Amerikanın texnologiya nəhəngi "Microsoft"un bulud servisi "Azure"dən istifadə edəcək. Verilən məlumata görə, 2020-də, ildə 5 milyon yeni avtomobilin "bulud"a bağlanması məqsədi güdülür. Beləliklə, istehsal olunan bütün Volkswagen-lərin "bulud"a bağlanması ilə, dünyanın ən böyük avtomobil "bulud"u yaradılacaqdır.
 

"Marja" xəbər verir ki, "Volkswagen" müştəriləri bütün servis və xidmətlərə "bulud"dan çıxış əldə edə biləcəklər. 

 

Məsələyə dair açıqlama verən Volkswagen-in İcraçı direktoru Herbert Diess, "Microsoft ilə imza atdığımız strateji müqavilə, rəqəmsallaşmağımızı sürətləndirəcək",- deyib.
 

Əməkdaşlıq nəticəsində, "Volkswagen" "Microsoft"un baş ofisinin yaxınlığında avtomobil "bulud" mərkəzi açmağı planlaşdırır. Sözügedən mərkəzdə 300 mühəndisin çalışacağı bildirilir. Alman brendinin 2025 hədəfləri arasında elektriklə işləyən və sürücüsüz avtomobillərə üstünlük vermək yer alır.

01.10.2018 05:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ