Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyə iqtisadiyyatı "Enron"un batmasında adı hallanan şirkətə əmanət edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə iqtisadiyyatı "Enron"un batmasında adı hallanan şirkətə əmanət edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ şirkəti Türkiyəyə məsləhətlər verəcək


 

Türkiyə Yeni İqtisadi Proqramı üzrə ABŞ-ın tanınmış "McKinsey" şirkətindən məsləhətlər alacaq.

 

"Marja" xəbər verir ki, ötən həftə, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak, "Yeni İqtisadi Proqram çərçivəsində yaradılan Xərclər və Dəyişiklik Ofisi üçün "McKinsey" ilə çalışmağa qərar verdik. 16 nazirlikdən nümayəndələrin olacağı bu ofis, bütün hədəflərimizə və nəticələrimizə hər rübdə nəzarət edəcək",- açıqlamasını edib.

 

Türkiyə 20 Sentyabr 2018-ci il tarixində Yeni İqtisadi Proqramı açıqlamışdır. Yeni İqtisadi Proqramın əsas komponentlərindən biri maliyyə intizamı və bu çərçivədə güclü və davamlı dövlət maliyyəsinin təmin edilməsidir. Yeni İqtisadi Proqramda dövlət xərclərində qənaət olunması və əlavə gəlir tədbirlərinin həyata keçirilməsi  nəzərdə tutulmuşdur. Sözügedən qənaət və gəlir tədbirlərinin səmərəli şəkildə yerinə yetirilməsi məqsədi ilə, Xəzinə və Maliyyə Nazirliyinin nəzdində Dövlət Xərclərinin idarə edilməsi və Dəyişiklik Ofisi yaradılacaqdır. Sözügedən ofis, Yeni İqtisadi Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirməsinə məsul olacaqdır.

 

NƏ VAXT YARADILIB?
 

1926-ci ildə James McKinsey tərəfindən Çikaqoda yaradılan dünyanın ilk müşavir şirkətinin hazırda mərkəzi ofisi Nyu-Yorkda yerləşir. Bütövlükdə 44 ölkədə 83 ofisi olan şirkət, 10 mindən çox əməkdaşa və 3 milyard dollarlıq dövriyyəyə malikdir.
 

2001-DƏ XİDMƏT GÖSTƏRDİYİ ŞİRKƏT BATIB
 

Məsləhət şirkəti "McKinsey"in adı, ABŞ-ın enerji nəhəngi "Enron"un batması ilə də gündəmə gəlmişdi.
 

Belə ki, müşahidəçilər, "Enron"u "McKinseyin yaratdığını" deyirdilər. Qalmaqalın baş verməsinə qədər dünyanın "ən nüfuzlu" məsləhət şirkəti kimi tanınan "Mckinsey"in, "Enron"u, müxtəlif qanunsuzluqlar ilə ABŞ-ın ən böyük şirkətlərindən biri çevrilməsini təmin edən təşkilat olduğu iddia edilmişdi.

01.10.2018 05:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ