“Atəşgah Sığorta” və “AtaSığorta” "sağlam rəqabət üçün" razılaşıblar

Azərbaycan sığorta sektorunun aparıcı şirkətləri olan “AtaSığorta” ASC və “Atəşgah” Sığorta Şirkəti ASC əməkdaşlıq sazişi imzalamışdır. 

 

“Atəşgah” Sığorta Şirkətinin yaydığı məlumata görə, sazişin məqsədi şirkətlər arasında sağlam rəqabət mühitinin formalaşdırılması, ödəniş qabiliyyətinin artırılması, sığorta hadisələrinin tənzimlənməsində birgə fəaliyyət və müştəri məmnuniyyətinin təmin olunmasından ibarətdir.

 

Sazişin imzalanma mərasimində çıxış edən “AtaSığorta” ASC İdarə Heyətinin sədri Müseyib Əliyev qeyd etmişdir: “Sığorta sektorunun qabaqcıl şirkətləri arasında əməkdaşlıq sazişinin bağlanması təqdirəlayiq haldır. Bu saziş şirkətlər arasında əməkdaşlığın güclənməsinə, həmçinin proseslərin sürətlənməsinə böyük fayda verəcəkdir. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən digər sığorta şirkətləri də bu prosesə qoşulmaqla sığorta sektorunda şəffaf qarşılıqlı fəaliyyətə dəstək verəcəklər”.

 

 “Atəşgah” Sığorta Şirkəti İdarə Heyətinin sədri Azər Əliyev bildirmişdir: “İmzaladığımız saziş şübhəsiz ki, bütövlükdə sığorta bazarına müsbət təsirini göstərəcək. Çünki bu, sığortaçılar arasında qarşılıqlı anlaşma, müştərilərə təqdim edilən xidmət keyfiyyətinin yüksəldilməsi, sığorta mədəniyyətinin təbliği, sığorta vasitəçilərinin motivasiya sisteminin təkmilləşdirilməsi, eləcə də əhali üçün sərfəli və baha olmayan yeni sığorta məhsullarının tətbiqinə imkan yaradacaq”. 

 

1 Oktyabr 2018 , 08:58   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin