Satınalma mütəxəssisi, mühasib, texnoloq və istehsal müdiri tələb olunur

1.“ Mətanət A” şirkəti Satınalma üzrə Aparıcı mütəxəssis vakansiyasını elan edir

 

Vəzifə öhdəlikləri

 

-Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;

-Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;

-Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;

-Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;

-Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;

-Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;

-Logistika və nəqliyyat nəzarətinin təşkili;

-Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi.

-Alınan malların keyfiyyətinə nəzarət;

-Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;

-Gömrüklə işləmə bacarığı;

-Satınalma sənədlərini hazırlama qabiliyyəti.

 

 

Təhsil/Təcrübə: 

-İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;

-Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;

-Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;

-Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

-Təchizat zənciri haqqında ümumi biliklər;

- İncoterms 2010;

-Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;

-Komanda işinin təşkili;

-Yaş həddi: 25-35;

-Kompüter biliyi: MS Office  (Word, Excel);

-Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir;

 

İş şəraiti:

 

-İş saatı: 09-00-dan 18-00-dək;

-İstirahət: Şənbə və bazar günü.

 

Əmək haqqı:

 

-Razılşama yolu ilə.

 

Qeyd:

 

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-CV-ləri [email protected] ünvanına göndərin.


 

2.“Mətanət A” şirkəti  Mühasib vakansiyasını elan edir

 

İşin təsviri:

-Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;

-Müəssisədə yazılmış maliyyə sənədlərinin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;

-Mühasibatlığa aid  müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətləri və sair) yerinə yetirmək;

-İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;

-Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

 

İş şəraiti:

 

-İş saatı: 09-00-dan 18-00-dək

-İstirahət: Şənbə və  bazar günü

 

Əmək haqqı:

 

-Razılaşma yolu ilə

 

Tələblər:

 

-Təhsil: Ali (İqtisadi)

-İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan

-Yaş həddi:25-50

-Dil bilikləri: Azərbaycan və Rus dili

-Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək

 

Şəxsi keyfiyyətləri:

-İşə planlı yanaşmaq bacarığı;

-Yüksək ünsiyyət bacarığı;

-Nitq mədəniyyəti;

-Təmkinlilik, etibarlılıq, özünəinam;

-Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

 

Qeyd

 

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;

-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin


 

3. “Mətanət A” şirkəti Texnoloq vakansiyasını elan edir

 

İşin təsviri:

 

-İş tematikası üzrə olan rəhbər, normativ və məlumat materiallarını;

-Təhlil, təcrübə və sınaq növlərinin aparılması metodla və qaydalarını;

-Mövcud standartları və  hazırlanmış texniki sənədləşməyə aid olan texniki şərtləri;

-Laborator avadanlıqlarını, yoxlama – ölçü aparatlarını və onların istismarı qaydalarını;

-Texnoloji proseslərin nəzərə alınmasına nəzarət edir, onların pozulması səbəblərini operativ üzə çıxardır və aradan qaldırır;

-Buraxılmış məhsulun və ya yerinə yetirilmiş işin keyfiyyətini yoxlayır, zay məhsulun qarşısını almaq və məhsulun, işin, xidmətin keyfiyyətini qaldırmaq üçün tədbirləri həyata keçirir;

-Laborator tədqiqatların qeydiyyatı qaydalarını;

-Hesablama texnikasının düzgün istismarını.

 

Əmək haqqı:

 

-Razılaşma yolu ilə

 

Tələblər:

 

-Təhsil: Ali (bakalavr)

-İş təcrübəsi: Ən azı bu sahədə 3 il iş təcrübəsi olmalı. (Üzvi kimyanı bilən texnoloqa üstünlük verilir.)

-Yaş həddi: 24-40

-Kompüter biliyi: Word, Excell, Internet Explorer

-Dillər: Azərbaycan dili

Şəxsi keyfiyyətləri:

-Fikrini izah etmək qabliyyəti;

-İşə planlı yanaşması;

-Ünsiyyət yaratmaq bacarığı;

-Fəal olması;

 

Əlavə tələblər:

-Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

 

Qeyd

 

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;

-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır)


 

4.“Mətanət A” şirkəti  İstehsal müdiri vakansiyanı elan edir

 

İşin təsviri:

-İstehsal sahəsində çalışan  işçilərə rəhbərlik edir;

-Verilən tapşırıqlara əsasən iş bölgüsünü təşkil edir; 

-Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik xidmətinə nəzarət;

-İstehsalda  işin səmərəliliyi və faydalı iş əmsalını artırmalı;

-Məhsulun istehsal prosesinə ciddi nəzarət etməli;

-Seçilmiş işçilərin mükafatlandırılması üzrə təkliflər vermək, istehsal və əmək intizamını pozanlara qarşı intizam tənbehi vermək;

-İş vaxtından səmərəli istifadə edilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində fəalliyət göstərmək;

-Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;

- İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına  riayət etmələrinə nəzarət.

 

Əmək haqqı:

 

-Razılaşma yolu ilə

 

Tələblər:

-Təhsil: Ali(Mexanik, Kimya və İdarəetmə təhsili olanlara üstülük verilir)

-Yaş həddi: 25-50;

-Kompüter biliyi: MS Office  (Word, Excel);1C arzuolunandır ;

-Dillər: Azərbaycan və Rus dili mükəmməl (İngilis dili arzuolunandır)

-İstehsalat sahəsində 3-5 il iş təcrübəsi.

 

Şəxsi keyfiyyətləri:

-Fikrini izah etmək qabliyyəti;

-Ünsiyyət yaratmaq bacarığı;

-İşə planlı yanaşması;

-Fəal olması;

-Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

 

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;

-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

 

1 Oktyabr 2018 , 10:29   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin