Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Gəncə-Qazax-Gürcüstan yolunda tikinti işlərinə başlanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəncə-Qazax-Gürcüstan yolunda tikinti işlərinə başlanır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun uzunluğu 16 km olan Bədəlli-Şamaxı hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi üzrə tikinti işlərinə 2017-ci ilin dekabr ayında başlanılıb və 2019-cu ilin dekabr ayında başa çatdırılacaq.

 

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib. 

 

Agendliyin sədri qeyd edib ki. Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstanla ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi üzrə tikinti işlərinə yaxın müddətdə start veriləcək. 


"Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun tikintisi tam olaraq cari ildə yekunlaşdırılıb və sentyabrın 18-də Prezident İlham Əliyevin Masallı və Biləsuvar rayonlarına səfəri zamanı yeni magistral avtomobil yolunun açılış mərasimi keçirilib. Bu yolun digər avtomobil yolları və maneələrlə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikilməsi, birləşən və ayrılan yolların sayının azaldılması yolda təhlükəsizliyin təmin edilməsinə maksimum şərait yaradıb. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.


Sadalanan layihələr Asiya İnkişaf Bankı, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən cəlb olunan kreditlər hesabına həyata keçirilir",- Saleh Məmmədov əlavə edib.

01.10.2018 09:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ