Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın əfsanəvi “Ağdam” şərabı Ukrayna bazarlarında

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın əfsanəvi “Ağdam” şərabı Ukrayna bazarlarında
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın əfsanəvi “Ağdam” şərabı Ukraynanın bazarlarında satışa çıxarılıb. Bu barədə  Ukraynada fəaliyyət göstərən “Tovuz-Vino” şirkətinin rəhbəri Elimxan Mahmudov məlumat verib.

 

Onun sözlərinə görə, keçmiş Sovet İttifaqı dövründə ən çox satılan “Ağdam” şərabı Ukraynanın tanınmış “AŞAN”, “NOVOS” “MEQA” hipermarketlərində, SOCAR-ın yanacaqdoldurma məntəqələrindəki marketlərdə satışa çıxarılıb.

 

E.Mahmudov bildirib ki, “Az-Granata” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “Ağdam” şərabına Ukrayna bazarında satışa çıxarılan ilk həftədən maraq artıb: “Keçmiş Sovet İttifaqı dövründə “Ağdam” şərabı məşhurluğu ilə tanındığından, bu gün də insanların bu şəraba marağı böyükdür. “Ağdam” portveyni ilk dəfə 1948-ci ildə istehsal olunub. Onun sovet ölkələri tərəfindən bu qədər sevilməsinin əsas səbəbi tərkibində spirtin miqdarının 19 dərəcə, şəkərin isə 8 faiz olması idi. Bu da onun içilməsini rahatlaşdırırdı”.

 

Qeyd edək ki, Azərbaycana məxsus 50-yə yaxın adda şərab və spirtli içki məhsulları Ukraynanın iri ticarət obyektlərində satışa çıxarılıb. Bunların arasında “Şuşa” brendi də məşhurdur. Yaxın vaxtlarda isə Azərbaycanın “Qarabağ” brendi şərabı Ukrayna bazarında satışa çıxarılacaq.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

01.10.2018 09:38

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ