Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Qanuni işləyən dini mağazaların sayı açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qanuni işləyən dini mağazaların sayı açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 "Azərbaycanda çap olunan dini ədəbiyyatın böyük hissəsi əsasən tərcümə olunanlardır. Ona görə də məqsədimiz yerli müəlliflərin sayını artırmaqdır".

 

Reklam_3_11

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

 

O bildirib ki, xaricdən ölkəyə gətirilən dini ədəbiyyatın sayı azalıb. Dövlət Komitəsi sədrinin müavini vurğulayıb ki, indi əsas məqsədləri azərbaycanlı müəlliflərin yazdıqları dini ədəbiyyatların sayını artırmaqdır: "Bu istiqamətdə xeyli işlər görülüb. Əgər keçən il ölkədə çap olunan dini ədəbiyyatların yalnız 14 faizi yerli müəlliflərin idisə, bu il həmin rəqəm 23 faizə çatıb. Yenə də bu göstərici bizi qane etmir".

 

G.İsmayılov əlavə edib ki, xaricdə hazırlanan dini ədəbiyyat həmin ölkənin həyat tərzini, onların dünyaya baxışını özündə ehtiva edir: "Bu nöqteyi-nəzərdən dini ədəbiyyatın böyük əksəriyyəti yerli müəlliflər tərəfindən hazırlanmalıdır. Əvvəlki illərlə müqayiqəsədə bu gün ölkədə çap edilməsi niyyətində zərərli dini ədəbiyyatların sayı kifayət qədər azalıb".

 

G.İsmayılov xatırladıb ki, Dövlət Komitəsinin maliyyəsi hesabına 100-dən artıq adda dini ədəbiyyat ölkədə çap olunub: "Hər zaman dini ədəbiyyat və ləvazimatlar satan mağazalara nəzarət edilir. Bu proses bundan sonra da davam edəcək. Hazırda ölkədə rəsmi icazə verilən 42 dini mağaza fəaliyyət göstərir. Dini mağazalara icazələrin verilməsi proseduru davam etdirilir". 

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

01.10.2018 09:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ