Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nəhəng bankdan "Xoruz İli" xəbərdarlıqları

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nəhəng bankdan "Xoruz İli" xəbərdarlıqları
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çin, ənənəvi heyvan təqviminə görə "Meymun İli"ni geridə qoyaraq "Xoruz İli"nə girərkən, Goldman Sachs analitikləri ölkə iqtisadiyyatını təhdid edən riskləri sıralayıb.


 
"Marja" xəbər verir ki, Çin məsələsinin, qlobal narahatlıqlar siyahısında aşağı sıralara enmiş kimi göründüyünü, lakin hələ də əhəmiyyətli risklər olduğunu söyləyən analitiklər, yaşanan kredit "bumu"nun qəfil kəsilməsi və ya inflyasiya artımı qarşısında sərt siyasətin işə salınması kimi kritik təhdidlər olduğunu deyib.

Reklam_3_11


 
 KREDİT "KÖPÜYÜ"


 
 Narahatlıqlarının ən böyük mənbəyi isə mənzil sektoru və kreditlərdəki artımdır.


 
 Analitiklər iqtisadi artımda sərt enişdən çox mülayim bir yavaşlama gözləsə də, ucuz kreditləri tənzimləmək üçün görülən tədbirlərin mənzil kimi kritik sektorlar üzərində təzyiq yaradacağı barədə xəbərdarlıq ediblər.


 
Göstəricilər də bu narahatlıqların haqsız olmadığını göstərir. Dünən açıqlanan rəqəmlərə görə, Çində Yanvar ayında verilən kreditlərin həcmi İsveç və Polşanın iqtisadi böyüklüyündən daha çoxdur. Yeni verilən kreditlər 3,74 trilyon yuanla (545 milyard dollar) rekord səviyyəyə çıxıb.


 
 Məhz bütün bunlar kredit "bum"unun nə qədər davam edəcəyinə dair qorxuları artırır.


 
 XARİCİ RİSKLƏR


 
 Goldman Sachs analitikləri ölkə iqtisadiyyatını təhdid edən xarici risklərə də diqqət çəkib.


 
Bu məqamda yavaşlayan tələb və Donald Trump-ın gəlişi ilə  birlikdə artmasından qorxulan ticarət baryerlərinin təsirilə Çinin ixracında kəskin azalma ola bilər. Həmçinin Fedin gözləniləndən sürətli faiz artırması da əhəmiyyətli risk olaraq qarşıya çıxır.

 

15.02.2017 10:26

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ