Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Daha 7 marşrut xətti sahibkarlardan alındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha 7 marşrut xətti sahibkarlardan alındı

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərar”ına uyğun olaraq, 6, 38, 81, 85, 119, 135 və 165 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb.

 

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub.

 

Məqsəd, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”nın müvafiq tələbinin icrasını təmin etməkdir. Sərnişindaşımada keyfiyyətin artırılması da müsabiqənin əsas məqsədlərindəndir.

 

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

 

Bundan əvvəl, Bakı Nəqliyyat Agentliyi 1, 2, 3, 4, 15, 18, 49, 50, 61, 64, 65,136, 147, 149, 160, 164, 171 195 və 217 nömrəli müntəzəm marşrut xətlərini də müsabiqəyə çıxarmışdı.

 

Agentliyin indiyədək müsabiqəyə çıxartdığı xətlərin sayı 26-ya çatıb.

01.10.2018 12:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ