Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AZAL Bakı və Zaqataladan Mahaçkalaya reys aça bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL Bakı və Zaqataladan Mahaçkalaya reys aça bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Hava Yolları” QSC Azərbaycanla Dağıstan Respublikası arasında müntəzəm hava əlaqəsi aça bilər. Bu barədə Rusiya mətbuatında məlumat verilir.

 

Mahaçkala aeroportunun baş direktoru Arsen Pirmaqomedov cümə günü Bakıda AZAL aviaşirkətinin direktoru Cəmil Manizadə və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq Departamentinin müdir müavini Şahin İsmayılovla bu məsələni müzakirə edib.

 

“Görüş zamanı Azərbaycanla Dağıstan Respublikası arasında müntəzəm hava əlaqəsinin və gələcəkdə hər iki tərəfdən sərnişin transferlərinin təşkilinə dair AZAL-ın imkanları müzakirə olunub”, - məlumatda vurğulanır.

 

Görüşün yekunları üzrə tərəflər yeni “Bakı-Mahaçkala” və “Zaqatala-Mahaçkala” istiqamətlərin, Mahaçkala aeroportunun "EmbraerE-Jet-190" təyyarılərinin qəbul və yola salınmasına icazələrin və digər texniki məsələlərin hökumətlərarası sazişə daxil edilməsinə dair razılıq əldə ediblər.

 

“Aviaşirkətin yüksək yüklənməsi və donanmanın məhdudiyyəti səbəbindən müntəzəm hava əlaqəsinə mərhələli keçid imkanlarına baxılacaq”, - məlumatda qeyd edilir.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© İnterfaks-Azərbaycan

01.10.2018 12:33

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ