İxracatçılara 200-ə yaxın sərbəst satış sertifikatı verilib
2018-ci ilin 8 ayı ərzində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən ixracatçılara 200-ə yaxın sərbəst satış sertifikatı verilmişdir.
“Marja” İxrac İcmalının Sentyabr sayına istinadən xəbər verir ki, İİTKM-nin nümayəndəsi Ayxan Qədəşovun verdiyi məlumata görə, artıq “Gazelli Group” MMC, “Apiaz MMC”, Teymur Əhmədov adına “Aznar” QSC, “Brightman” MMC və digər şirkətlərə bu sertifikat təqdim olunmuşdur. Hazırda "Azersun Holding" MMC başda olmaqla daha bir neçə şirkət sərbəst satış sertifikatı almaq üçün müraciət etmişdir. Müvafiq prosedurlar tamamlandıqdan sonra bu şirkətlərə də sertifikatlar təqdim olunacaqdır.
Məlumat üçün bildiririk ki, Sərbəst satış sertifikatı ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyən sənəddir. Bu sertifikatın əldə olunması könüllü xarakter daşıyır və ixracatçıların müraciəti əsasında yalnız Azərbaycan Respublikasında istehsal olunan mallara verilir. İxracatçılar sərbəst satış sertifikatını elektron formada və ya kağız daşıyıcıda əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
4 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl