Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avropa qəhvəyə 8,7 milyard avro ödəyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa qəhvəyə 8,7 milyard avro ödəyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Statistika Ofisinin (Eurostat) Dünya Qəhvə Günü münasibətilə yaydığı məlumatlara görə, Avropa Birliyi (AB) daxilində keçən il təxminən 3 milyon ton qəhvə idxalı həyata keçirilib.
 

"Marja" xəbər verir ki, AB üzvü olan 28 ölkə, keçən il qəhvə idxalına ümumilikdə 8,7 milyard avro ödəyib.
 

 İLK YERDƏ ALMANİYADIR
 

AB ölkələri arasında qəhvə idxalında birinci yeri Almaniya tutub. Almaniya ötən il 2 milyard 777 milyon avroluq qəhvə idxal edib.
 

Almaniyanın ardınca 1 milyard 622 milyon avro ilə Fransa, 1 milyard 335 milyon avro İtaliya gəlir.
 

ƏN ÇOX BRAZİLİYADAN ALINIB
 

AB üzvü olan ölkələr, 2017-ci ildə ən çox qəhvə idxalını Braziliyadan ediblər. AB-nin ümumi qəhvə idxalının  29%-i Braziliyadan həyata keçirilib.
 

Həmin dövrdə AB-nə Braziliya 840 min ton, Vyetnam 627 min ton, Honduras 211 min ton, Kolumbiya 188 min ton, Uqanda 149 min ton, Hindistan 148 min ton, İndoneziya 141 min ton və Peru 119 min ton qəhvə ixrac edib.

01.10.2018 14:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ