Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Xurma bağlarında ziyan

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xurma bağlarında ziyan

Zərərvericilər şimal bölgəsinin xurma bağlarına ciddi ziyan vurub.

 

Oktyabrın 15-dən sonra meyvə toplanacaq xurma ağaclarında gənə, yastıcalar yayılıb.

 

Xaçmazlı təsərrüfatçılar bildirirlər ki, zərərvericilər ağacların yarpaqlarının şirəsini sorur, bitkini zəiflədir, meyvələrin üzəri şirişlə örtülür və xurmalar xırda qalır.

 

Təsərrüfatçı Asəf Əzizov hər il 13 hektara yaxın xurma bağından 15 tondan çox məhsul əldə edib. Bu il bağlarda yayılan zərərvericilər səbəbindən əvvəlki illərə nisbətən 3-4 dəfə az xurma toplayacağını bildirir.

 

Zərərvericilər meyvənin vaxtsız yerə tökülməsinə, budaqların qurumasına səbəb olur. Ağacda qalan meyvələr isə satışa yararsız vəziyyətə düşür.

 

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mədət Qurbanov zərərvericilərin çoxalmasının səbəbini təbii amillərlə əlaqələndirir.

 

Mütəxəssis bildirib ki, artıq 5-6 ildir qış ayları mülayim keçdiyinə görə zərərvericilərin inkişafı üçün əlverişli şərait yaranıb. Zərərvericilərin məhv olması üçün qışda qarın yağması və temperaturun mənfi 15-20 dərəcəyədək aşağı düşməsi lazımdır.

 

Mədət Qurbanov qeyd edib ki, zərərvericilərin və xəstəliklərin qarşısını almaq üçün bağlarda ilkin yazdan başlayaraq mütləq profilaktiki mübarizə işləri aparılmalıdır. Mübarizə işləri çiçəkləmədən əvvəl və çiçəkləmədən sonra da bir neçə dəfə müxtəlif tərkibli preparatlardan istifadə olunmaqla davam etdirilməlidir.

 

Hazırda Xaçmaz rayonunda 1200 hektara yaxın xurma bağı var. Ötən il bu bağlardan 7 min 906 ton məhsul yığılıb.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

01.10.2018 14:14

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ