Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyin olundu
Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyin edilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə İsayev Vüqar Ürfət oğlu Qobustan Milli Tarixi-Bədii Qoruğunda direktor təyin olunub.
O, bu gün qoruğun kollektivinə təqdim edilib.
Təqdimat mərasimində çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qobustan qoruğunun Azərbaycan tarixindəki mövqeyi, ölkənin qədim yaşayış məskəni kimi təbliğ olunmasında əhəmiyyətindən danışıb.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxış edərək nazirlik daxilində aparılan islahatlara toxunub. O bildirib ki, Qobustan Milli Tarixi-Bədii Qoruğunun fəaliyyəti nazirlik tərəfindən diqqətdə saxlanılır: "Qoruğun ölkəyə gələn xarici qonaqların da həmişə marağında olduğunu nəzərə alaraq xidmət səviyyəsi daha da artırılmalıdır".
Yeni təyinata toxunan nazir müavini R.Bayramov deyib ki, Vüqar İsayevin qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gələcəyinə ümidvardır.
Sonda çıxış edən Vüqar İsayev ona göstərilən yüksək etimada görə öz təşəkkürünü bildirərək, qarşıya qoyulan məqsədlər üçün çalışacağını diqqətə çatdırıb.
Qeyd etdi ki, Vüqar İsayev bundan əvvəldə Mədəniyyət Nazirliyi sistemində çalışıb. Belə ki, o, buna qədər Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
15 d. əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
1 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 mln. manata çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
4 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
4 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
4 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 4 saat əvvəl