Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Zavodlar Avro 6 modellərini Azərbaycana göndərməkdən imtina edirlər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Zavodlar Avro 6 modellərini Azərbaycana göndərməkdən imtina edirlər"

Qərbin bir sıra avtomobil istehsalçıları Azərbaycandakı rəsmi tərəfdaşlarına Avro 6 və Avro 6+ emissiya standartlarına uyğun son modellərini göndərməkdən imtina edirlər.

 

Reklam_3_11

Bunu “Marja”ya avtomobil bazarındakı mənbə bildirib.

 

Mənbənin sözlərinə görə, problemin yaranmasına səbəb Azərbaycanda Avro 4 standartına uyğun yanacağın istehsal edilməsidir:

 

“Hazırda Avropada əksər avtomobillər atmosferə atılan zərərli maddələrə dair Avro 6  və Avro 6+ standartlarına uyğun istehsal olunur. Azərbaycanda istehsal olunan benzinin isə rəsmi olaraq Avro 4 standartına uyğun olduğu bildirilir. Avtomobil şirkətlərinin araşdırmaları göstərir ki, Azərbaycanda istehsal edilən benzin Avro 3 standartına uyğundur. Bu benzin Avro 6 və Avro 6+ standartına uyğun avtomobillərdə istifadə etdildikdə, avtomobilin yanacaq sistemində və mühərrikində problemlər yaranır. Bildiyimiz kimi, yeni avtomobillərə adətən 3 və ya 5 il zəmanət verilir. Zəmanət dövründə yaranan qüsurlar zavodun hesabına aradan qaldırılır.  Azərbaycanda zəmanətlə satılmış Avro 6 avtomobillərdə qısa müddət sonra nasazlıq yaranır, bəzi hissələr sıradan çıxır. Araşdıran zaman məlum olur ki, nasazlıq benzinə görədir. Bu səbəbdən bəzi istehsalçılar Azərbaycana Avro 6 + standartına uyğun avtomobillərini göndərməkdən imtina edirlər. Bizə, “ölkənizdəki yanacaq problemini həll edin” deyirlər”.

 

Mənbə qeyd etdi ki, yaranan nasazlığa görə avtomobil sahibi ilə rəsmi diler arasında mübahisə yaranır:

 

"Məsələn, sıradan çıxmış benzin nasos zavoda göndərilir. Araşdırma nəticəsində məlum olur ki, qüsur zavodluq deyil, sırf keyfiyyətsiz benzindən istifadəyə görə benzin nasos sıradan çıxıb. Belə olan halda, bu hissə zəmanət şərtləri ilə dəyişdirilmir və haqqı alıcı tərəfindən ödənilir. Bir çox alıcı da bunu qəbul etmək istəmir.  O, avtomobili yeni aldığını deyir, qısa müddətdə benzin nasosun sıradan çıxmasını qəbul etmir və istehsalçını günahlandırır".

02.10.2018 05:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ