Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

"Üfüqdə risk buludları dolaşır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Üfüqdə risk buludları dolaşır"

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard, beynəlxalq ticarətin önündəki maneələrin artmasının təkcə ticarətə deyil, investisiya və istehsala da zərər verdiyini, gələcəyə dair qeyri-müəyyənlik yaratdığını deyib. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Laqrad BVF-nin gələn həftə qlobal iqtisadi artım proqnozlarını azaldacağını bildirib. 
 

Laqard, qlobal iqtisadiyyata təhdidlərin yönəldiyini, risklərin reallaşmağa başladığını və qlobal iqtisadi artımın ləngidiyini söyləyib.

 

Laqard, "Qlobal dəyər zəncirlərinin qırılması, inkişaf etmiş iqtisadiyyatlar da daxil olmaqla bir çox ölkə üzərində dağıdıcı təsirə malik ola bilər" deyib.
 

Laqard, dünya liderlərini qlobal ticarət sistemini yox etmək əvəzinə, yaxşılaşdırmaq, qorumaq və cəmiyyətə fayda təmin etmək üçün birlikdə işləməyə çağırıb. 

 

Üfüqdə risk buludları gəzdiyini vurğulayan Laqard, "Bu risklərin bir hissəsi reallaşmağa və qlobal iqtisadi inkişafı yavaşlatmağa başladı" ifadələrini istifadə edib.

02.10.2018 07:11

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ