Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

SOCAR-ın korporativ idarəetməsi “GÜCLÜ” kateqoriyasına aid edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın korporativ idarəetməsi “GÜCLÜ” kateqoriyasına aid edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

“Ernst & Young” şirkətinin hesabatına əsasən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) birja listinqindən keçməmiş dövlət müəssisələri arasında dünya üzrə ön sıralardadır.

 

Bu barədə SOCAR-dan bildirilib.

 

Son illərdə aparılan müşahidələr göstərir ki, effektiv korporativ idarəetmə sistemi olmadan müəssisələrin fəaliyyət göstəricilərini yaxşılaşdırmaq mümkün deyil. 2016-cı ildə Azərbaycanda dövlət müəssisələrinin korporativ idarəetmə sisteminin gücləndirilməsi məqsədi ilə Azərbaycan Prezidenti tərəfindən iki normativ akt imzalanıb. Bu məqsədlə elə həmin il dünyanın tanınmış audit şirkətlərindən olan “Ernst & Young” şirkəti “SOCAR-da korporativ idarəetmə sisteminin yetkinlik dərəcəsinin qiymətləndirilməsi üzrə Hesabat”ın hazırlanması prosesinə cəlb edilib, bu məqsədlə SOCAR-ın daxili sənədləri araşdırılıb, müvafiq sorğular keçirilib. Layihə SOCAR-da korporativ idarəetmə sisteminin yetkinlik dərəcəsinin hazırkı səviyyəsinin qiymətləndirilməsi, arzu olunan göstəricilərin nəzərə çatdırılması, həmçinin korporativ idarəetmənin hər bir komponenti üzrə güclü tərəflərinin və inkişaf potensialı olan sahələrinin müəyyən edilməsi məqsədi ilə həyata keçirilib.

 

Aparılmış müsahibələr və daxili sənədlərin araşdırılması nəticəsində belə qənaətə gəlinib ki, SOCAR-da korporativ idarəetmə prinsiplərinə xüsusi önəm verilir və ümumi olaraq şirkətin korporativ idarəetməsi maksimal nəticənin 81 faizi nisbətində “GÜCLÜ” kateqoriyasına aid edilib, yüksək dəyərləndirilib. Bu da SOCAR-ın birja listinqindən keçməmiş müəssisələr arasında ön sıralarda, yerli dövlət müəssisələri ilə müqayisədə isə qabaqcıl mövqedə yer aldığını göstərir. SOCAR-da korporativ idarəetmə sisteminin komponentləri üzrə yalnız sənədlər deyil, həm də işlək prosedurlar yaradılıb. Şirkətdə mütəmadi olaraq qabaqcıl təcrübələr öyrənilir, maliyyə hesabatları beynəlxalq standartlara uyğun hazırlanır və müstəqil kənar auditor tərəfindən yoxlanılır.

 

SOCAR rəhbərliyinin iştirakı ilə keçirilən hesabatın təqdimat yığıncağında təkmilləşdiriləcək sahələrlə bağlı məqamlara diqqət çəkilib, bildirilib ki, şirkətdə əsas səmərəlilik göstəricilərinin hazırlanması istiqamətində mühüm işlər görülüb, mindən artıq göstərici müəyyən edilərək təsdiq olunub. Növbəti mərhələdə bu göstəricilərin strateji hədəflərlə, müvafiq qiymətləndirmə və motivasiya sistemi ilə əlaqələndirilməsi, hesablama metodikasının təsdiq edilməsi istiqamətində bir sıra işlər görülməkdədir. Risklərin idarə olunması prosesinin avtomatlaşdırılması, korporativ idarəetmə sahəsində təlimlər və sertifikatlaşdırma proqramlarının daha çox tətbiqi, həmçinin daxili audit və daxili nəzarət sistemlərinin səmərəliliyinin kənar ekspertlər tərəfindən qiymətləndirilməsi tövsiyə olunub.

 

Qeyd edək ki, məsləhətçi şirkət tərəfindən təqdim edilən tövsiyələrin böyük hissəsi artıq SOCAR tərəfindən həyata keçirilməkdədir. Belə ki, “IBM” və “SAP” şirkətləri ilə əməkdaşlıq çərçivəsində artıq bir müddətdir ki, istehsalat və idarəetmə proseslərinin avtomatlaşdırılması istiqamətində işlər aparılır. “Ernst & Young” şirkəti tərəfindən mütəmadi olaraq auditlər keçirilir, həmçinin şirkətin bütün hesabatları kənar müşahidəçilər tərəfindən yoxlanıldıqdan sonra dərc edilir. Gələcək illərdə bu və digər layihələr üzrə aparılan işlər SOCAR-ın korporativ idarəetmə göstəricilərinin daha da yüksəldilməsinə xidmət edəcək.

02.10.2018 07:39

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ