Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Palata valyutasını xaricdən geri qaytarmayan şirkəti cəzalandırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata valyutasını xaricdən geri qaytarmayan şirkəti cəzalandırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatası “Əli və Nino Yayım” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində protokol tərtib edib.

 

Nəsimi Rayon Məhkəməsinə müraciət edən Palata MMC-nin barəsində inzibati xəta haqqında iş başlanılmasın istəyib.

 

Məhkəmə isə MMC-nin İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

 

Belə ki, məhkəmə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti 6805,62 avro məbləğinin 20 faizi miqdarında, 1361 avro 124 sent məbləğində cərimə edilməsi və həmin məbləğin ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməsi barədə qərar çıxarıb.

 

Qərardan narazı qalan “Əli və Nino Yayım” apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

02.10.2018 08:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ