Ən yuxarı statik reklam_3

Nazir daha bir qadına yüksək vəzifə verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir daha bir qadına yüksək vəzifə verdi

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, Məmmədova Nigar Fikrət qızı nazirliyin Protokol sektorunun müdiri vəzifəsinə təyin olunub.

 

Reklam_3_11

N.Məmmədova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb. Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyində başlayıb. Beynəlxalq vergi münasibətləri idarəsində müxtəlif vəzifələrdə, 2003-2014-cü illərdə Vergilər Nazirliyin Protokol şöbəsinin rəisi vəzifəsində çalışıb, vergi xidməti müşaviri rütbəsinə yüksəlib.

 

MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya şurasının, Avropadaxili Vergi Administrasiyalarının Təşkilatı (İOTA) iclaslarının, digər beynəlxalq səviyyəli tədbirlərin, habelə Azərbaycan və Litva Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tədbirlərinin təşkilatçısı olub, Vergilər Nazirliyinin Tədris Mərkəzində mühazirələr oxuyub.

 

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2010-cu il tarixli 738 saylı Sərəncamı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)”  Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

 

Ailəlidir, iki övladı var.

02.10.2018 09:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ