Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Kənddən Şəhərə” nar satışına kömək göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kənddən Şəhərə” nar satışına kömək göstərəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Aqrar Ticarət Şirkəti ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Reklam_3_11

Memorandumun imzalanmasında məqsəd Dövlət Aqrar Ticarət Şirkətinin layihəsi olan "Kənddən şəhərə" şəbəkələrində assosiasiyanın üzvü olan fermerlərin məhsullarının satışını həyata keçirmək və birgə maarifləndirmə işlərinin reallaşdırılmasıdır.

 

Tədbirdə çıxış edən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Fərhad Qaraşov bu əməkdaşlığın tərəflər arasında böyük əhəmiyyətə malik olacağını vurğulayıb.

 

O qeyd edib ki, sözügedən şirkətlə əlaqələrin qurulması nəticəsində fermerlər öz məhsullarını rahat şəkildə şəhər bazarlarına çıxara biləcəklər, onlar üçün bu sahədə lazımi şərait yaradılacaq.

 

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova rəhbərlik etdiyi şirkətlə bağlı məlumat verib. O bildirib ki, şirkət yeni yaradılmasına baxmayaraq, kənd təsərrüfatı sahəsində ixtisaslaşan bir sıra qurumlar və fermerlərlə əməkdaşlığa başlayıb.

 

Onun sözlərinə görə, bəzən fermerlərin öz məhsullarının satışı ilə bağlı problemlər olur: “Qarşıya çıxan problemləri fermerlərlə və eləcə də assosiasiya ilə birgə həll etməyə çalışacağıq”. Bundan başqa, assosiasiya ilə əməkdaşlıq memorandumunun imzalanması birgə maarifləndirici tədbirlərin təşkilində də müsbət rol oynayacaq.

 

L. Məmmədova bildirib ki, gələcəkdə xarici ölkələrdən mütəxəssislərin dəvət edilməsi və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur. O, həmçinin vurğulayıb ki, rəhbərlik etdiyi şirkətdə fermerlərlə iş şöbəsi yaradılıb.

 

Tədbirdə qeyd olunub ki, bu ay "Kənddən şəhərə" layihəsi ilə bağlı paytaxtda mağaza və yarmarkaların açılışı planlaşdırılır.

02.10.2018 12:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ