Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Fermerlərə güzəştli şərtlərlə 5 min tondan çox gübrə satılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fermerlərə güzəştli şərtlərlə 5 min tondan çox gübrə satılacaq

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Xaçmaz regional nümayəndəliyinə fermerlərə güzəştli şərtlərlə satış üçün 5 min 317 ton gübrə gətirilib.

 

Reklam_3_11

Fermerlərə azot, nitroammofoska, amofos karbomid və kalsium-sulfat kimi mineral gübrələr təklif edilir.

 

Əvvəlki illərdən fərqli olaraq sahibkarlar güzəştli şərtlərlə gübrə almaq üçün ödənişləri birbaşa yerində deyil, banka etməlidir.

 

“Aqrolizinq” ASC-nin Xaçmaz regional nümayəndəliyinin baza müdiri Rafiq Tağıyev bildirib ki, ötən il 3 min 366 nəfərə 27 min 899 hektar torpaq sahəsi üçün 70 faiz güzəştlə 3 min 70 ton mineral gübrə və 76 istehsalçıya 3 min 18 kq rebesid satılıb.

 

Təsərrüfatçılar bazaya gübrə ilə yanaşı, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları üçün də müraciət edə bilər. Yaz-tarla işləri üçün aqroservisin texnika və texnoloji avadanlıqları saz vəziyyətə gətirilib.

 

©Azərtac

15.02.2017 13:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ