Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Astara Çay-3”ün səhm paketi özəlləşdirildi - QİYMƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Astara Çay-3”ün səhm paketi özəlləşdirildi - QİYMƏT

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr tarixində növbəti hərrac keçirilib.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bu dəfə hərracda çayın ilkin emalı və satışı sahəsi üzrə fəaliyyət göstərən “Astara Çay-3”  Açıq Səhmdar Cəmiyyətinin səhm paketi özəlləşdirilib. Astara rayonu, Pensər kəndində yerləşən səhmdar cəmiyyətinin 30%-lik səhm paketinin satış qiyməti 86 min 217 manat müəyyən olunub.

 

Müəssisə 1988-ci ildə istifadəyə verilmişdir. 24.11.2000-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin  "Astara 3" nömrəli çay fabrikinin bazasında “Astara çay-3” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

 

Özəlləşdirilmə portalında yerləşdirilmiş məlumat:

 

Müəssisənin fəaliyyət sahəsi çayın ilkin emalı və satışıdır.

Nizamnamə kapitalı: 573954,00 manat

Buraxılmış səhmlərin sayı: 286977 ədəd

Səhmlərin növü:  adi, sənədsiz adlı

Əvvəl satılmış səhm zərfinin həcmi: 200760 ədəd (69.96%)

Hazırda satılmış səhm zərfinin həcmi: 86217 ədəd (30.04%)

Hazırda satılan səhm zərfinin nominal dəyəri (50% güzəştlə): 86217.00 manat

Dövlət tərəfindən səhmlərə qoyulmuş məhdudiyyətlər (varsa): hər hansı məhdudiyyət yoxdur.

Müəssisənin ünvanı: Astara rayonu, Pensər kəndi

Müəssisənin torpaq sahəsi: 27154.0 kv.m.

Müəssisənin tikilialtı sahəsi: 10335.9 kv.m.

İstehsalat və emal sexi, İnzibati bina, talvar, gözətçi otağı, tərəzi, su anbarı və s

 

Yaxınlığındakı əsas nəqliyyat qovşaqlarınadək (aeroport, D/y stansiyası, su limanı) olan məsafə: Bakı-Astara yoluna – 2 km. Astara rayon, Qamışovka stansiyasına 5 km məsafədə, Astara-İran Gömrük məntəqəsinə 25 km məsafədə yerləşir.

02.10.2018 14:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ