Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR və Çin şirkəti birgə müəssisə yaratdı - MÜQAVİLƏ İMZALANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR və Çin şirkəti birgə müəssisə yaratdı - MÜQAVİLƏ İMZALANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR və Çinin BGP şirkəti seysmik kəşfiyyat işləri üzrə birgə müəssisə təsis etdilər



                               
SOCAR-ın Baş ofisində, SOCAR-la Çin Milli Neft Şirkətinin (“CNPC”) törəməsi olan “BGP Inc.” şirkəti arasında birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsi imzalanmışdır.

Reklam_3_11

 

"Marja" SOCAR-a istinadən xəbər verir ki, imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezident, akademik Xoşbəxt Yusifzadə, Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov və “BGP Inc.” şirkətinin prezidenti Gou Liang, eləcə də hər iki şirkətin digər yüksək vəzifəli şəxsləri iştirak etmişlər. 

 

Müqaviləni SOCAR-ın prezidenti R.Abdullayev və “BGP Inc.” Şirkətinin prezidenti Gou Liang imzalamışdır. 

 

Təsis edilmiş yeni birgə müəssisə Azərbaycan Respublikasında və Xəzər dənizi hövzəsində birgə seysmik kəşfiyyat işlərini həyata keçirəcək, hər iki şirkətin mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün yeni imkanlar yaradacaqdır.

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev müqavilənin imzalanması ilə bağlı demişdir: “Bu gün SOCAR bütün sahələrdə müasir texnologiyalardan istifadə etməklə yanaşı, həm də fərqli və alternativ üslubları sınamaqla yeni yataqların kəşf edilməsi və hasilat səviyyəsinin davamlı stabilləşməsi üçün çalışır. Çinin BGP şirkəti ilə geoloji və geofiziki işlər üzrə birgə müəssisənin yaradılması bu sahədə alternativ baxış gətirərək, hər iki ölkənin mütəxəssisləri arasında qarşıtərəfli fayda kəsb edəcək təcrübə mübadiləsi üçün münbit zəmin yaradır.” 

 

Xatırladaq ki, cari ilin iyun ayının 6-da SOCAR Çin Milli Neft Şirkətinin (“CNPC”) törəməsi olan “BGP Inc.” şirkəti ilə əməkdaşlığın qurulması, o cümlədən geofiziki xidmətlərin göstərilməsi üçün birgə müəssisənin yaradılması imkanlarının nəzərdən keçirilməsi məqsədi ilə Anlaşma Memorandumu imzalamışdır. Bu Anlaşma Memorandumuna uyğun olaraq tərəflər arasında danışıqlar aparılmış və yekun sənəd hazırlanmışdır. 

 

BGP şirkəti Çin Xalq Respublikasının dövlət neft şirkəti olan CNPC şirkətinin 100%-lik törəmə müəssisəsidir. BGP-nin əsas fəaliyyət sahələrinə quruda, keçid zonasında və dənizdə kəşfiyyat işlərinin aparılması, o cümlədən mürəkkəb əməliyyatlar aparmaqla seysmik məlumatların əldə edilməsi, emalı və interpretasiyası, seysmik avadanlıqların istehsalı və əlaqədar informasiya-kommunikasiya texnologiyaları (İKT) xidmətlərinin göstərilməsi daxildir.

02.10.2018 15:24

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ