Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Lənkəran iqtisadi rayonu üçün saziş imzalandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lənkəran iqtisadi rayonu üçün saziş imzalandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasla görüşüb.

 

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusilə önəmli olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 10 ildə Avropa İttifaqına mütəmadi səfərlər edib, Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri dəfələrlə ölkəmizdə səfərdə olub. Qeyd olunub ki, Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi əlaqələr uğurla davam edir. Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 2017-ci ildə 42%, 2018-ci ilin ilk 8 ayı ərzində isə 43,5% təşkil edib. Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir. Son 6 il ərzində Avropa ölkələri Azərbaycan iqtisadiyyatına 16 mlrd. dollara yaxın investisiya yatırıb. Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Tvinninq alətindən ən çox istifadə edən ölkələrdəndir. Artıq 34 tvinninq layihəsinin icrası müvəffəqiyyətlə başa çatıb, 10 tvinninq layihəsi isə icradadır.

 

Görüş çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında “2017-ci il Azərbaycan üzrə Fəaliyyət Proqramının Maliyyələşdirmə Sazişi” imzalanıb. Sazişdə Avropa İttifaqının Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılmasına dəstək göstərməsi nəzərdə tutulur.

02.10.2018 16:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ