Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Türkiyədə onlayn alış-veriş saytı 10,7 milyon lirə cərimələndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə onlayn alış-veriş saytı 10,7 milyon lirə cərimələndi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin Rəqabət Qurumu "Sahibinden Bilgi Teknolojileri Pazarlama ve Ticaret AŞ"ni (sahibinden.com) hakim vəziyyətini sui-istifadə etməsi səbəbilə 10 milyon 680 min 425,98 lirə cərimələyib. 
 

"Marja" xəbər verir ki, Rəqabət Qurumunun internet saytında yer alan məlumatlara görə, "sahibinden.com" bazardakı hakim vəziyyətindən sui-istifadə edərək avtomobil, əmlak satışı və kirayəsi xidmətlərində yüksək qiymət tətbiq edib. Bu yolla şirkət "Rəqabətin Qorunması Haqqında" Qanununun "hakim vəziyyətin sui-istifadə edilməsi" ilə bağlı maddəsini pozub. 
 

Reklam_3_11

"Rəqabət Qurumu səs çoxluğu ilə şirkətin bu bazarlarda ifrat qiymət tətbiqi yolu ilə hakim vəziyyətini sui-istifadə etdiyi qərarına gəlib",- açıqlamada deyilir.
 

Bu səbəblə "sahibinden.com" 10 milyon 680 min 425,98 lirə cərimələnib.

02.10.2018 17:05

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ