Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Türk Lirəsi üçün daha bir mühüm gün çatdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk Lirəsi üçün daha bir mühüm gün çatdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyədə bu həftənin ən önəmli gündəmi inflyasiya göstəricisidir. Səbirsizliklə məlumatın açıqlanması gözlənilir. İnflyasiya rəqəmi gözləniləndən pis olarsa (proqnozlardan yüksək), Dollar/TL məzənnəsi yenidən yüksələ bilər.


 

Bu gün Türkiyədə Sentyabr ayına dair inflyasiya göstəricisi açıqlanacaqdır. 

 

"Marja" xəbər verir ki, Sentyabr ayında inflyasiyada yüksəlişin davam etməsi gözlənilir. Proqnozlara görə, Sentyabr ayında istehlakçı qiymətləri aylıq müqayisədə 3.6%, illik müqayisədə isə 21.3% artıb. Proqnozun reallaşması vəziyyətində inflyasiya 2003-ci ildən bəri ən yüksək səviyyəsinə çatacaq.
 

İnflyasiya göstəricisi Bakı vaxtı ilə saat 11:00-da açıqlanacaqdır.


SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

Sentyabr ayında inflyasiyasının sürətlənərək 20%-i keçməsinin Türkiyə aktivlərinə və Türk Lirəsinə təsirli olacağı bildirilir. 25% və ya daha yüksək inflyasiya açıqlanarsa Türk Lirəsinin xeyli ucuzlaşa biləcəyi gözlənilir. Bu gün səhər (saat 08:15-də) Dollar/Türk Lirəsi məzənnəsi 6 səviyyələrindədir (6.0023).

 

İstehlakçı qiymətləri indeksi (inflyasiya) Avqust ayında aylıq 2.30%, illik 17.90% artmışdı. İllik artım 15 ilin ən yüksək səviyyəsi idi.

 

İinflyasiyanın oktyabr və noyabr aylarında daha da yüksələcəyi gözlənilir. Çünki Türkiyədə elektrik enerjisi və təbii qaz tarifləri bir neçə dəfə artırılıb. 


Bəzi iqtisadçılar inflyasiyada ən pis səviyyənin Sentyabrda görüləcəyini, bundan sonrakı aylarda kəskin yüksəliş gözləmədiklərini qeyd edirlər.

03.10.2018 06:00

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ