Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Trampa "vergidən yayınma" ittihamı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampa "vergidən yayınma" ittihamı

"New York Times" (NYT) qəzeti, Prezident Donald Trampın 1990-cı ildə müəmmalı vergi strategiyalarına qarışdığını və ailəsinin milyonlarla dollar vergidən yayınmasına kömək etdiyini yazıb.



 
"Marja" xəbər verir ki, NYT, dərc etdiyi araşdırma ilə Trampın ailəsinin milyonlarla dollar vergini yayındırmasına kömək etdiyini iddia edib.
 

Araşdırma çərçivəsində NYT, Trampın atası Fred Trampın keçmiş müşavirləri və işçiləri ilə müsahibələr aparıb. Həmçinin NYT, bank hesabları, maliyyə nəzarət və hesabları da daxil Tramp ailəsinə məxsus yüz min səhifədən artıq sənədi ilə tanış olub.
 

Araşdırmalar nəticəsində, Donald Trampın atasının milyonlarla dollar qanunsuz vergi güzəşti almasına kömək etdiyi üzə çıxıb.
 

550 MİLYON DOLLAR VERGİDƏN YALNIZ 52,2 MİLYON DOLLARI ÖDƏNİB


Xəbərdə, Trampın atasından qalmış miras əmlaklara görə vergi ödəməmək üçün qardaşları ilə saxta bir şirkət qurduğu və beləliklə də milyonlarla dolları gizlətdikləri  iddia edilib.
 

Ata Trampın uşaqlarına 1 milyard dollardan çox miras qoyduğu və bunun üçün ödənilməsi lazım olan vergi miqdarının 550 milyon dollar olduğu bildirilən xəbərdə, buna baxmayaraq Tramp qardaşlarının bu məbləğin yalnız 52,2 milyon dollarını ödədiyi bildirilib.
 

NYT, Donald Trampın atasının atasından qalan əmlakların dəyərini aşağı göstərərək özü və qardaşlarının daha az vergi ödədiyini iddia edib.
 

ABŞ Vergi İdarəsinin isə həmin strategiyalara çox az reaksiya verdiyi qeyd olunub.
 

Prezident Trampın uşaqlığından bəri ailə mirasından 413 milyon dollar dəyərində pay aldığı qeyd olunub. Ancaq Tramp, prezidentlik kampaniyası müddətində öz şirkətini özü yaratdığını və ailəsindən çox az pul aldığını bildirmişdi.
 

TRUMPIN VƏKİLİ VƏ QARDAŞI TƏKZİB EDİR
 

Tramp, NYT-nin suallarına cavab verməyib. Vəkili Çarlz  Harder qəzetə verdiyi yazılı açıqlamada, vergidən yayınma iddialarını rədd edərək, "Tramp, ailəsinin istifadə etdiyi vergi strategiyalarına heç qarışmayıb" deyib.
 

Donald Trampın qardaşı Robert Tramp da etdiyi açıqlamada, atasının və anasının vəfatının ardından bütün vergilərin ödəndiyini bildirib.
 

Trump, 2016-da apardığı seçki kampaniyası prosesində vergi bəyannamələrini verməyi rədd etmişdi. O buna görə tənqid edilirdi.

03.10.2018 06:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ