“PMD Projects” yerli şirkətləri əməkdaşlığa dəvət edir - LAYİHƏLƏR

“PMD Projects” MMC layihələrin planlaşdırılması, idarə olunması və inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərən yeni bir şirkətdir. Təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, iaşə obyektlərinin, eləcə də, kənd təsərrüfatı təyinatlı obyektlərin tikintisi layihələrini həyata keçirir.

 

Ölkəmizin sürətlə inkişaf edən şirkətlərindən biri olan “PMD Projects” MMC hər bir mövcud resursa, xüsusən də insan resurslarına böyük həssaslıqla yanaşır. Bununla yanaşı, şirkət fəaliyyət göstərdiyi andan etibarən təhlükəsizliyin əhəmiyyətini başa düşərək, insan əməyini, mülkiyyəti və ətraf mühiti qorumağı əsas məqsədlər kimi dəyərləndirir. Şirkətin digər əsas məqsədi icra etdiyi bütün layihələrdə yüksək keyfiyyətli iş təqdim etməkdir.

 

Bu baxımdan, hal-hazırda icra olunan və gələcəkdə icrası nəzərdə tutulan layihələrdə mülki tikinti (dəmir-beton), mexanik və elektrik sistemlərinin təchizi və quraşdırılması, daxili bəzək işlərinin yerinə yetirilməsi və s. üzrə “PMD Projects” MMC yerli bazarın ixtisaslı şirkətlərini gələcək əməkdaşlığa dəvət edir.

 

Bununla bağlı şirkətlər, “PMD Projects” MMC-nin satınalmalar departamentinin e-mail ünvanına ([email protected]) özləri haqqında qısa məlumat göndərməklə, həmçinin, 012 505 04 00 telefon nömrəsi ilə əlaqə saxlamaqla təchizatçılar siyahısına qatılıb, növbəti layihələrdə iştirak niyyətlərini bildirə bilərlər.

3 Oktyabr 2018 , 08:39   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin