Ən yuxarı statik reklam-3_3

Azərbaycan və Rusiya iki sanatoriya tikəcəklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Rusiya iki sanatoriya tikəcəklər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya və Azərbaycan Şimali Qafqaz regionunda SPA kompleksin tikintisi üzrə yeni birgə layihənin reallaşdırılması üzərində işləyirlər.

 

Bunu açıqlamasında Rusiya Federasiyasının Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.

 

Nazir müavini qeyd edib ki, hazırda Kislovodsk və Jeleznovodsk kurort şəhərlərində birgə layihə hazırlanır:

 

"Jeleznovodskda layihə fəal hazırlıq mərhələsinə keçib. İnşaat işləri üçün ərazi müəyyən edilib, 400 yerlik sanatoriyanın tikintisi ilə bağlı sənədlər hazırlanır. Obyektin 2020-ci ildə təhvil veriləcəyi müəyyənləşdirilib. Bununla yanaşı, Rusiya tərəfi ərazi təqdim edib ki, bu da ikitərəfli tərəfdaşlıq şəraitində biznesi inkişaf etdirməyə imkan verə bilər".

 

O.Ruhullayeva bildirib ki, Azərbaycan investoru, öz növbəsində, "İstoçnik" sanatoriyası" investisiya layihəsinin reallaşdırılmasına hazır olduğunu ifadə edib.

 

Onun sözlərinə görə, müasir sanatoriya-kurort kompleksinin yaradılması üzrə daha bir layihəni Azərbaycan tərəfinin təşəbbüsü ilə Kislovodskda həyata keçirmək planlaşdırılır:

 

"2017-ci ilin aprelində Azərbaycan tərəfi ilə dövlət mülkiyyətində olan "Akademiçeskiy" sanatoriyasının yenidən qurulması haqqında niyyət sazişi imzalayıb. Obyekt "Kislovodskiy" milli parkından piyada 2 dəqiqəlik məsafədə 4,9 hektar sahədə yerləşir. Stavropol diyarı hökuməti tərəfindən investora bu layihənin reallaşdırılması üçün vergi güzəştləri təqdim etmək planlaşdırılır".

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Trend

03.10.2018 09:43

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ