Temperatur 5-8 dərəcə aşağı enəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Temperatur 5-8 dərəcə aşağı enəcək

 

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji xəbərdarlıq da edilib. Belə ki, oktyabrın 5-i səhərdən 6-sı gündüzədək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. 

03.10.2018 11:20

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ