Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

"Kinder Joy" Azərbaycanda təhlükəli elan edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kinder Joy"  Azərbaycanda təhlükəli elan edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Kinder Joy" şokoladlı yumurtalardan körpələriniz zəhərlənə bilər. “Marja” xəbər verir ki, bunu Facebook  "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyub Hüseynoz bildirib.

 

Reklam_3_11


"Hörmətli istehlakçılar, "Azad İstehlakçılar" İctimai Birliyinə (AİİB) müraciət etmiş istehlakçının ərizəsini diqqətinizə çatdıraraq bildirirəm ki, 3 gündür bu şikayət AİİB-ə daxil olub. Heç bir dövlət orqanı bu təhlükəli malı yığışdırmağa maraq göstərmir. Bu malı idxal edən "Hengen" şirkətinə də məlumat verdim, heç bir əməli iş görmür. 


Bu fakt bir daha sübut edir ki, Ölkə Prezidentinin "Qida Təhlükəsizliyi Agentliyi"nin yaradılmasına dair fərman vaxtında verilmiş və zəruri bir sənəddir.


Özünüzü və körpələrinizi təhlükəli qidadan qoruyun!"

 

Qeyd edək ki, Kinder İtaliyanın "Ferrero S.p.a" şirkətinin məhsuludur. Bundan əvvəl şirkətin "Nutella" məhsullarını xərçəng xəstəliyinə səbəb olduğu barədə məlumat yayılmışdı.

 


 

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri cənab Eyyub Hüseynova


Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Təbriz küçəsi 6, mən 6 ünvanında yaşayan Babayev Xəyyam Əmrulla oğlu tərəfindən 
 

Ərizə

 

Tel: 055 853 66 36 t

 

11.02.2017 tarixdə Xətai metrosu yaxınlığında yerləşən “Metro market” dükanından uşaq üçün “Kinder joy” şokoladlı yumurta aldım. Evə gətirdikdən sonra yumurtanın üzərində yararlılıq və buraxılma tarixinin qırmızı skoçla örtüldüyünü görüb, skoçu qaldırdım, altdan 04.03.16 və 15.09.16 tarixini göründü, yəni malın yararlılıq tarixi artıq 16-cı ildə bitmişdi. Mən kassa çeki olması üçün 12.02.17 tarixdə müxtəlif vaxtlarda həmin dükana gedib yenə eyni maldan aldım. Həmin mallarda eyni idi və kassa çekinin üzərində VÖEN yoxdur. (kassa çekinin surəti ərizəyə əlavə olunur). Düşünürəm ki, bu kimi vaxtı keçmiş maldan uşaqlar zəhərlənə bilər, necə ki, mənim uşağım zəhərləndi və çətinliklə onu xilas etdik, çünki uşaq “kinder”in birini yemişdi. 
Xahiş edirəm bu təhlükəli malların əmtəə bazarından yığışdırılması üçün fəal iş aparasınız, dövlət orqanlarına və KİV -ə bu barədə məlumat verəsiniz ki, insanlar zəhərlənməsinlər.


İmza: X.Babayev


Əlavə olunur kassa çekinin surəti – 1 səhifə.


13.02.2017

15.02.2017 14:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ