Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gömrük 3 il sonra rüsumların tələb olunmasına aydınlıq gətirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük 3 il sonra rüsumların tələb olunmasına aydınlıq gətirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası vətəndaşı, 1-ci qrup əlil Tural Əliyevdən 2016-cı ildə xaricdən sifariş etdiyi əlil arabasına görə gömrük orqanları tərəfindən 3 il sonra gömrük rüsumlarının tələb olunması barədə məlumat yayılıb.

 

Reklam_3_11

Dövlət Gömrük Komitəsi bildirir ki, xaricdən gətirilən əlil arabalarına görə ödəniləcək gömrük vergi və rüsumları ilə bağlı mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb.

 

Tural Əliyevin 2016-cı ildə gətirdiyi əlil arabası isə istisnai hal kimi gömrük rüsumu alınmadan rəsmiləşdirilib. Son dövrlərdə gömrük sahəsində maliyyə-vergi intizamının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gömrük vergi və rüsumlarını ödəməyən şəxs və qurumlara yenidən müraciətlər olunur. Belə müraciətlərdən biri də Tural Əliyevə edilib.

 

Dövlət Gömrük Komitəsi bildirir ki, bu istiqamətdə hər hansı qanun pozuntusuna yol verilməyib. Belə ki, Gömrük Məcəlləsinin 249.1. maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.

 

Konkret Tural Əliyevin gətirdiyi əlil arabası ilə bağlı fakt üzrə isə sənədləşmə yenidən nəzərdən keçirilib və məsələ Dövlət Gömrük Komitəsi rəhbərliyinin xüsusi tapşırığı ilə artıq birdəfəlik müsbət həllini tapıb.

03.10.2018 13:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ