Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Putindən dollar açıqlaması: ABŞ oturduğu budağı kəsir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Putindən dollar açıqlaması: ABŞ oturduğu budağı kəsir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın dollar əməliyyatlarına tətbiq etməyi planlaşdırdığı ehtimal olunan sanksiyalar haqqında danışan Rusiya Prezidenti Vladimir Putin, ABŞ-ın oturduğu budağı kəsərək, hər imperatorluğun etdiyi tipik xətanı etdiyini bildirib.


 

Reklam_3_11

Rusiya Enerji Həftəsi çərçivəsində keçirilən paneldə danışan Vladimir Putin, ABŞ rəhbərliyinin apardığı sanksiya siyasətinin qlobal ehtiyat (rezerv) pul vahidi olan Dollara inamı sarsıtdığını deyib.

 

Putin, "Məncə, amerikalı tərəfdaşlarımız, strateji səhv edirlər. Bu gün yeganə ehtiyat valyutası olan Dollara  etimadı məhv edirlər, universal maliyyə vasitəsi olan dollara inamı ortadan qaldırırlar. Oturduqları budağı kəsirlər. Bu qəribə və hətta heyrətamizdir" ifadələrini istifadə edib.


 
HƏR BİR İMPERİYANIN ETDİYİ TİPİK BİR XƏTA

 
Bunun hər bir imperiyanın etdiyi tipik bir səhv kimi qiymətləndirən Putin, "İnsanlar, heç bir şey olmayacağını, hər şeyin çox güclü, çox sabit olduğunu və heç bir mənfi nəticənin baş verməyəcəyini düşünür. Amma yox, (mənfi nəticələr) gec ya da tez ortaya çıxır" deyib.

03.10.2018 14:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ