Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Məşhur investor xəbərdarlıq edib: Çox "qan" töküləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məşhur investor xəbərdarlıq edib: Çox "qan" töküləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-lı məşhur iş adamı və sərmayəçi Mark Mobius, CNBC-nin "Squawk Box" proqramında ABŞ-Çin ticarət müharibəsinə dair diqqəti çəkən açıqlamalar verib.
 

"Marja" xəbər verir ki, Çin olduqca sərt bir rəqib olacağından bəhs edən Mobius, "hazırda Çinin xeyrinə olan 300 milyon dollarlıq xarici ticarət kəsirindən danışırıq, Çin bu vəziyyətdən asanlıqla əl çəkməyəcək.  Yenə də ABŞ və Çinin altı ay sonra bir ticarət razılaşmasına gələcəyini hesab edirəm ki, ancaq razılığa gələnə qədər olduqca çox "qan" töküləcək",- deyib 
 

ABŞ-ın ilin əvvəlində Çindən idxal edilən paltaryuyan maşınlara və günəş panellərinə əlavə gömrük vergisi tətbiq etməyə başlaması ilə iki ölkə arasında "gözə göz, dişə diş" bir ticarət müharibəsi başlamışdı.
 

ABŞ, xarici ticarət kəsiri səbəbilə Çini günahlandırır və Çin məhsullarına əlavə gömrük rüsumları tətbiq etməyə davam edir. İl ərzində iki ölkənin vasitəçiləri bir neçə dəfə görüşsələr də hələ bir razılığa gəlməyiblər.

03.10.2018 14:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ