Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ, İranla dostluq müqaviləsini dayandıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ, İranla dostluq müqaviləsini dayandıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Ədalət Məhkəməsi (UAD) ABŞ-dan İrana qarşı sanksiyaları dayandırmağı tələb edib. Məhkəmənin qərarına ABŞ reaksiya verib.
 

"Marja" xəbər verir ki, ABŞ-ın xarici işlər naziri Mike Pompeo, tədbir qərarının səbəbi olaraq göstərilən 1955-ci ildə iki ölkə arasında imzalanmış İran - ABŞ Dostluq Müqaviləsini Tehran rəhbərliyinin illərdir pozduğunu və müqaviləni dayandıracaqlarını bildirib.
 

Həmçinin Pompeo, İranın İraqda ABŞ üçün bir təhdid olduğunu deyib.


 
Tehran rəhbərliyi, ABŞ Prezidenti Donald Trampın nüvə müqaviləsindən çıxaraq sanksiyalar tətbiq etməsinin 1955-ci ildə iki ölkə arasında imzalanmış "İran - ABŞ Dostluq Müqaviləsi"nə zidd olduğunu müdafiə edərək, məhkəmə başa çatana qədər sanksiyaların təxirə salınmasını istəyir.
 

Sözügedən müqavilənin artıq etibarlı olmadığını iddia edən ABŞ tərəfi isə İrana qarşı sanksiyaların hər hansı bir müqaviləni pozmadığını bildirir.
 

Beynəlxalq Ədalət Məhkəməsi verdiyi qərarla İranın müraciətini qəbul edərək sanksiyaların dayandırılması üçün qərar verib.
 

ABŞ Prezidenti Donald Tramp, 8 Mayda ölkəsini nüvə müqaviləsindən çıxardaraq, İrana qarşı sanksiyaları geri qaytarmışdı. Bundan sonra Tehran rəhbərliyi, ABŞ-ın birtərəfli sanksiyalarının iki ölkə arasında 1955-ci ildə imzalanan "Dostluq Müqaviləsi"nə xələl gətirdiyi səbəbilə UAD-da cinayət işi açmışdı.
 

UAD, Birləşmiş Millətlər Təşkilatı (BMT) müqavilələri ilə beynəlxalq müqavilələrə məsələ olan problemlərin həlli məsələsində BMT-nin məhkəmə orqanı kimi çıxış edir.

04.10.2018 05:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ