ABŞ-da güclü məlumatlar çıxdı, Fed-in faiz artıracağı ehtimalı artdı

 

ABŞ-da pərakəndə satışlar Yanvarda gözləntini aşdı

 

ABŞ-da pərakəndə satışlar, Yanvar ayında proqnozların üzərində artım qeyd edərək istehlakçıların 2017-ci ilin əvvəllərində iqtisadiyyatı dəstəklədiyini göstərib.

 

“Marja” xəbər verir ki,  ABŞ Ticarət Nazirliyi tərəfindən Çərşənbə günü verilən açıqlamaya görə, ABŞ-da pərakəndə satışlar göstəricisi, Yanvar ayında 0.4 faiz artım qeyd edib. Ekspertlərin proqnozu, göstəricinin sözügedən dövrdə 0.1 faiz artacağı istiqamətində idi.

 

 "Pərakəndə satışların gələcək aylarda yaxşı səviyyələrdə baş verdiyini görəcəyik. Məşğulluğun və əməkhaqlarının artması istehlakı artırır. 2017-nin hekayəsi yenə istehlakçının iqtisadiyyatının dinamosu olduğu bir hekayə olacaq",- Moody's Analytics Inc-ın analitiki Ryan Sweet bildirib.

 

ABŞ-da inflyasiya Yanvarda 4 ilin ən böyük artımını qeyd edib

 

Digər bir məlumata görə, ABŞ-da inflyasiya Yanvar ayında 4 ilin ən böyük artımını qeyd edib. ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, istehlakçı qiymətləri indeksi (inflyasiya) Yanvar ayında aylıq 0.6% artıb. İnflyasiya illik əsasda da 2.5% artaraq 2012-dən bəri ən böyük yüksəlişi həyata keçirib.

 

Ərzaq və enerji qiymətlərinin daxil olmadığı baza inflyasiya  isə aylıq 0.3% ilə 5 ayın ən böyük artımını qeyd edib. Baza inflyasiya 2016-ci ilin Yanvar ayına görə isə 2.3% artıb. Ekspertlərin proqnozu baza inflyasiyanın aylıq 0.2%, illik 2.1% artması istiqamətində idi.

 

Gözləniləndən yaxşı gələn göstəricinin Fed-in bu il həyata keçirəcəyi əlavə faiz artımlarına kömək edəcəyi bildirilir. Fed-in üstünlük verdiyi PCE qiymət indeksi Aprel 2012-dən bəri bankın 2% olan hədəfinin altında qalır. İndeks keçən ili 1.6% artımla başa vurmuşdu.

 

FAİZİN ARTIRILMASI EHTİMALI 40%-İ KEÇDİ

 

İstehlakçı qiymətləri və pərakəndə satışlar göstəricilərinin gözlənildiyindən daha yüksək çıxmasının ardından, Fed-in Mart ayındakı Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısında faiz artırması ehtimalı 42%-ə yüksəlib.
 


Göstəricilər öncəsi bu ehtimal 34 faiz səviyyəsində idi.
 

15 Fevral 2017 , 18:01   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin