Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Əfsanə model geri qayıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əfsanə model geri qayıdır

Nokianın möhkəmliyi və uzun batareya (sarj) ömrü ilə yaddaşlara həkk olunan, bir dövrün "əfsanəsi" adlandırılan telefon modeli 3310 geri qayıdır.


 
"Marja" xəbər verir ki, ABŞ texnologiya internet saytı Venture Beat-in müəlliflərindən Evans Blass-ın məqaləsinə görə, Finlandiyanın texnologiya şirkəti Nokia-nın ilk dəfə 2000-ci ildə bazara çıxartdığı 3310 modeli yenidən satışa çıxarılacaq.


 
Blass, şirkətin İspaniyanın Barselona şəhərində keçiriləcək Mobile World Congress 2017-də (MWC) təqdim edəcəyi bu modeli yenidən bazara çıxardacağı, 3310-un müasir versiyasının əvvəl Avropada 59 avro kimi bir qiymətlə satışa təqdim olunmasının planlaşdırdığını bildirib.


 
Telefonun daha çox müştərilərin ehtiyat telefon ehtiyacını aradan qaldırması məqsədilə istehsal ediləcəyini ifadə edən Blass, yeni modeldə kamera, rəngli ekran və oxşar xüsusiyyətlərin yer alıb almayacağına dair məlumat verməyib.


 
Nokia-nın MWC-də göstərəcəyi digər telefon modelləri Nokia 3,5 və Nokia 6 olacaq. Bu modellərin Android 7 əməliyyat sistemi ilə bazara çıxardılacağı gözlənilir.


 
 Bir çox xüsusiyyəti ilə ağıllı telefonların əcdadı hesab edilən 3310, alış-veriş saytı Amazonda hələ də satılır.


 
 Nokia ağıllı telefon bazarında müvəffəqiyyətli ola bilməmiş, sonra Microsoft-a satılmışdı.

15.02.2017 15:27

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ