Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan "tənəzzül riski yaradan" siyasətini dəyişir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan "tənəzzül riski yaradan" siyasətini dəyişir

Azərbaycan dövlət xərclərində Prosiklik maliyyə siyasətindən Kontrsiklik siyasətə keçməyi nəzərdə tutur.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bu barədə “İqtisadi İslahatlar İcmalı”nın növbəti sayında bildirilir.

 

İcmalda qeyd edilir ki, ənənəvi olaraq həyata keçirilən siyasət (Prosiklik maliyyə siyasəti) dövlət xərclərinin istehsalın artımına sərf edilməsi ilə xarakterizə olunur: "Bu siyasət aparılarkən iqtisadi inkişafın cari fazasına uyğun aparılır və inkişafın tsiklik olduğu nəzərə alınmır. Bu isə neft qiymətlərinin azalması nəticəsində iqtisadi tənəzzülün baş vermə riskini yaradır. Bundan əlavə, özəl sektor sıxışdırıcı effektlə qarşılaşır. Bu səbəbdən prosiklik siyasət qeyri-neft sektorunun inkişafı və investisiyaların artmasında özəl sektorun payının çoxalması, neft gəlirlərindən asılılığın azaldılması üçün ehtiyac olan münbit şəraitin yaradılmasına dair Azərbaycan iqtisadiyyatının hazırki koniyukturunun tələblərinə cavab vermir".

 

İcmalda eyd edilir ki, kontrsiklik maliyyə siyasəti daha məqsədəuyğundur:

 

“İqtisadiyyatın tsiklik olduğunu nəzərə alan bu siyasət isə neft gəlirlərinin daha səmərəli istifadəsini və iqtisadi inkişafın enmə mərhələsi yaşandığı zaman ehtiyac olan miqdarda büdcəyə köçürülməsini nəzərdə tutur. Prosiklik siyasətin tam əksinə dövlət xərclərinin azaldılması vasitəsilə investisiyalar və özəl sektorun inkişafı üçün uyğun mühitin formalaşmasına səbəb olur. Bu da öz növbəsində qeyri-neft sektorunun inkişafı, büdcənin gəlirlərinin qeyri-neft payının artması ilə neftdən asılılığın azalması anlamına gələrək iqtisadi sabitliyi təmin edir. Eyni zamanda kontrsiklik siyasətin yürüdülməsi nəticəsində dövlət investisiya xərclərinin səmərəliliyi artırılır”.

 

İcmalda, “Büdcə sistemi haqqında” qanununda edilən dəyişikliklər, bu dəyişikliklər nəticəsində qəbul edilən büdcə qaydasının tətbiqinin iqtisadiyyata göstərəcəyi müsbət təsirlər izahlı şəkildə əks olunub.

 

Belə ki, yeni büdcə qaydasının tətbiqi nəticəsində:

 

-Özəl sektorun iqtisadiyyatdakı payı artacaq,

-Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri artacaq,

-Büdcədə neft gəlirlərinin payı azalacaq,

-“Crowding-in” (genişlənmə) effektini yaradacaq,

-Xarici investisiyalar üçün mövcud olan mühit daha da yaxşılaşdırılacaq,

-Manatın mübadilə məzənnəsinin proqnozlaşdırılması asanlaşacaq.

04.10.2018 08:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ