Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Macarıstan “Cənub Qaz Dəhlizi" layihəsində iştirak etmək istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Macarıstan “Cənub Qaz Dəhlizi" layihəsində iştirak etmək istəyir

Energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində bir sıra görüşlər keçirib. 

 

Bu barədə  Enegetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Macarıstanın xarici işlər naziri və ticarət naziri Peter Siyarto ilə görüşdə “Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti, genişləndirilmə perspektivləri və növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması məsələləri müzakirə edilib. P.Siyarto Macarıstanın gələcəkdə “Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlı olduğunu diqqətə çatdırıb və iki ölkənin müvafiq nazirlikləri arasında dialoqun aparılmasının vacibliyini qeyd edib. Söhbət zamanı Azərbaycanla Macarıstan arasında enerji sahəsində əməkdaşlığın digər istiqamətləri ətrafında da fikir mübadiləsi aparılıb.

 

P.Şahbazov həmçinin Monqolustanın energetika naziri Çerenpilin Davasurenlə də görüşüb. Nazir Monqolustanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlikdən Azərbaycanın xeyrinə imtina etdiyinə görə təşəkkürünü bildirib.

 

Görüşdə iki ölkə arasında enerji sektorunda, xüsusilə neft-qaz sahəsində geoloji kəşfiyyat işləri üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Monqolustan tələbələrinin Azərbaycanın müvafiq ali məktəblərində neft-qaz ixtisası üzrə təhsil imkanları nəzərdən keçirilib. 

04.10.2018 08:39

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ