Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Forbes, "Ən varlı 400 amerikalı" siyahısını açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Forbes, "Ən varlı 400 amerikalı" siyahısını açıqlayıb

 Forbes, bu il 37-inci dəfə dərc etdiyi "Ən varlı 400 amerikalı" siyahısını açıqlayıb.
 

"Marja" xəbər verir ki, ABŞ-ın ən varlı adamı, bir ildə sərvətinə 78,5 milyard dollar artıran və ümumi sərvəti 160 milyard dollara çatan Amazon-un İcraçı direktoru Cef Bezosdur.
 

"Ən varlı 400 amerikalı"nın keçən il 2,7 trilyon dollar olan ümumi sərvəti, bu il 2,9 trilyon dollara yüksəlib.

 

24 il ərzində siyahıda birinci yeri tutan "Microsoft"un qurucusu Bill Qeyts isə 97 milyard dollarlıq sərvətilə siyahıda ikinci yeri tutub.
 

"Berkshire Hathaway"ın sahibi investor Uorren Buffett isə 88,3 milyard dollarlıq sərvətilə ABŞ-ın ən varlı üçüncü adamıdır.
 
 

FACEBOOKUN BANİSİ ZUCKERBERG, BİR İLDƏ 10 MİLYARD DOLLAR İTİRİB
 

Ötən illə müqayisədə sərvəti 10 milyard dollar azalan "Facebook"un qurucusu Mark Zuckerberg, 61 milyard dollarlıq sərvətilə dördüncü yeri tutub. ABŞ-ın ən zəngin beşinci adı isə 58,4 milyard dollar sərvətilə "Oracle"ın banisi Larri Elissondur.
 

TRAMP SİYAHIDA GERİLƏYİB


 

ABŞ Prezidenti Donald Tramp isə siyahıda 259-cu yerə düşüb. Keçən il siyahıda 248-ci olan Trampın sərvəti bu il də 3,1 milyard dollarda qalıb.
 

"Ən varlı 400 amerikalı" siyahısında yer alan 10 ad və 2018-ci ildə sərvətləri:
 

 
Jeff Bezos - 160 milyard dollar
 
Bill Gates - 97 milyard dollar
 
Warren Buffett - 88,3 milyard dollar
 
Mark Zuckerberg - 61 milyard dollar
 
Larry Ellison - 58,4 milyard dollar
 
Larry Page - 53,8 milyard dollar
 
Charles Koch - 53,5 milyard dollar
  
David Koch - 53,5 milyard dollar
 
Sergey Brin - 52,4 milyard dollar
 
Michael Bloomberg - 51,8 milyard dollar

04.10.2018 08:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ