Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“AzerGold” “AZ Dağ-Mədənistismar”a təxminən 3 milyon manat ödəyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold” “AZ Dağ-Mədənistismar”a təxminən 3 milyon manat ödəyəcək

“AZ Dağ-Mədənistismar” MMC “AzerGold” QSC-nin sifarişi ilə kəşfiyyat qazma işləri həyata keçirəcək. Xidmətlərin dəyəri 2 mln. 805 min 989,61 manat təşkil edir.

 

Reklam_3_11

““AZ Dağ-Mədənistismar” “AzerGold”un elan etdiyi müvafiq tenderin yekunlarına əsasən kəşfiyyat qazma işləri üzrə podratçı seçilib. Şirkətlə 2 mln. 805 min 989,61 manat dəyərində podrat müqaviləsi imzalanıb”, - deyə “AzerGold”dan  bildirilib.

 

Xəbər verildiyi kimi, "AzerGold" QSC Naxçıvan Muxtar Respublikasındakı Ortakənd-Xanağa perspektiv sahəsində 10 min metrədək qazma işləri həyata keçirməyi planlaşdırır. Məqsəd sənaye əhəmiyyətli mis-qızıl filizlərinin aşkarlanmasıdır. Qazma işləri “AZ Dağ-Mədənistismar” MMC tərəfindən həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.

 

“AzerGold”un qiymətləndirmələrinə görə, Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliyi ilə seçilir.

 

“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

©  “İnterfaks-Azərbaycan” 

04.10.2018 09:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ