Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Daha bir bank multivalyuta kartı təklif edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir bank multivalyuta kartı təklif edir

Bank VTB (Azərbaycan) manat, rubl, dollar və avro valyutalarını özündə cəmləşdirən debet multivayuta kartının buraxılışına start verib.

 

Bankın yaydığı məlumata görə, nağdsız əməliyyat zamanı kartdan vəsait ödəniş aparılan valyutaya uyğun silinir. Belə ki, tələb olunan hesaba qoşulma avtomatik baş verir. Kart üzrə konvertasiya və hesabdan hesaba pul köçürmə zamanı isə komissiya tutulmur.

 

Kartın bütün hesabları  üzrə xaricdə 100 manatdan (və ya digər valyuta ekvivalentindən) artıq məbləğdə nağdsız əməliyyat həyata keçirildikdə 0,5% həcmində vəsait Cash Back xidməti vasitəsi ilə karta qeri qaytarılır. Multivalyuta kartının daha bir üstünlüyü hesabdakı qalığa illik 4,5%-dək gəlirin hesablanmasıdır.

 

İnternet və Mobil bankinq, eləcə də Card to Card pul köçürmələri kimi xidmətlər də pulsuz təqdim olunur. Bundan başqa, Visa Premium kart sahibləri VİSA loyallıq proqramından da   faydalana  bilər.

 

Qeyd edək ki kart 3 il müddətinə verilir. Kartın növündən asılı olaraq xidmət haqqı 25 manatdan 100 manatadək dəyişir.

04.10.2018 09:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ