Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

OBA daimi Cocuq Mərcanlı məhsullarını alacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
OBA daimi Cocuq Mərcanlı məhsullarını alacaq

Oktyabrın 3-ündə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə işğaldan yeni azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı tədbir keçirilib. Tədbirdə məhsulların alışını həyata keçirmək üçün OBA marketlər şəbəkəsi də təmsil olunub.

 

Reklam_3_11

OBA marketlər şəbəkəsi Cocuq Mərcanlıda istehsal olunan kənd təsərrüfatı məhsullarının daimi alışını reallaşdıraraq Bakıdakı filiallarında satışını həyata keçirəcək.

 

OBA marketlərin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elvin Babayev "Marja"ya bildirib ki, bu gün ilk məhsullar OBA marketlərin bir neçə filialında satışa çıxarılıb. Cocuq Mərcanlıdan gətirilən məhsullara müştərilərin marağı böyük olub. Məhsullar marketlərdə satışa çıxarıldıqdan bir neçə saat sonra bitib.

 

2017-ci ildə OBA marketlər şəbəkəsinin Cocuq Mərcanlıda kənd əhalisinin ucuz və keyfiyyətli məhsullarla təmin olunması və yeni iş yerlərinin yaradılması məqsədi ilə ilk marketinin açdığını deyən E.Babayev yaxın gələcəkdə bütün Qarabağda marketlər açmağı arzuladığını qeyd edib. 

 

Xatırladaq ki, Cocuq Mərcanlı kəndi Qarabağa böyük qayıdışın ilk addımıdır. Kənddə fəaliyyət göstərən ilk və tək marketlər şəbəkəsi də elə OBA marketdir.

04.10.2018 11:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ