Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hyundai tam yeni avtomobillərini təqdim etdi - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hyundai tam yeni avtomobillərini təqdim etdi - FOTOLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maraqla gözlənilən və dünyanın məşhur beynəlxalq sərgilərdən biri olan Paris Avtomobil Sərgisi qapılarını 116-cı dəfə açıb.

 

Sərgidə avtomobil istehsalçıları yeni və yenilənmiş modellərini nümayiş etdirirlər. Bu il stendlərdə Hyundai brendinə məxsus tam yeni avtomobilləri də görə bilərik.

 

Belə ki, sərgidə ilk dəfə Tam Yeni “Hyundai i30 Fastback N” modeli təqdim edilib (dünya premyerası). Hyundai idman üslübunda olan avtomillərin istehsalını genişlədirir. “Hyundai i30 Fastback N” və “i30 N Line” son nümunələrdir.

 

Həmçinin sərgidə, Eko avtomobillər sırasına daxil olan yeni modellər– Tam Yeni Kona Elektrik və NEXO təqdim olunub.

 

Sərrgidə gələcəyin dizaynını əks etdirən “Le Fil Rouge” modeli də nümayiş etdirilir.

 

HYUNDAİ i30 FASTBACK N

 

"İ30 N" və "Veloster N"in ardından "N" ailəsinin üçüncü üzvü olan "i30 Fastback N", daha idmansayağı və daha praktik quruluşu ilə diqqəti cəlb edir. "C-seqmentinin ilk 5 qapılı kupesi" kimi səciyyələndirilən avtomobildə, "N" ailəsinin aqressiv dizaynı istifadə edilib. Hyundai, gündəlik istifadəyə uyğun bir avtomobil istehsal etməyi bacarmışdır.


"İ30 Fastback N" 250 at gücündə, 353 Nm,  2.0 litrlik turbo mühərriklə təchiz olunur. Avtomobilin "Performans Package" versiyasında isə mühərrik 250 at gücündədir.

 

"İ30 Fastback N" modeli 0-100 km/s sürətlənməsini 6.1 saniyədə tamamlayır. Avtomobilin maksimum sürəti 250 km/saatdır.

 

Avtomobili 5 sürüş rejimi ilə (Eko, Normal, Sport, N və N Custom) idarə etmək mümkündür.

 

Qeyd edək ki, sərgi ilk olaraq 2 Oktyabrda mətbuat nümayəndələri üçün açıq elan edilib. 4-14 Oktyabr tarixləri arasında isə sərgi ictimaiyyət üçün 10 gün ərzində açıq olacaqdır. Sərgidə hibrid və elektrikli olmaqla təxminən 50 avtomobilin təqdimatının keçirilməsi gözlənilir.

04.10.2018 13:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ