Mobil manşet üstü reklam_21

Vəziyyəti ağır olan bank və BOKT-lar hazırlıqlı olsunlar – SÜRPRİZ QƏRARLAR VERİLƏ BİLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vəziyyəti ağır olan bank və BOKT-lar hazırlıqlı olsunlar – SÜRPRİZ QƏRARLAR VERİLƏ BİLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İndiyədək Azərbaycanda banklara, bank olmayan kredit təşkilatlarına (BOKT), sığorta şirkətlərinə, investisiya şirkətlərinə verilmiş lisenziya Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı əsasında ləğv edilə bilinirdi. "Marja"nın məlumatına görə, bundan sonra belə bir qərarı Palatanın İdarə Heyəti verəcəkdir.

 

Reklam_3_11

Bildiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası formal idi. Son vaxtlar bu Şuranın və onun sədri Rüfət Aslanlının fəaliyyəti müşahidə olunmurdu. Məlumata görə, Rüfət Aslanlı ilə İdarə Heyəti arasındakı problemlər bir sıra qərarların qəbul olunmasını gecikdirirdi. Direktorlar Şurasının sədri Rüfət Aslanlı, müavini və Şuranın üzvü faktiki Palatada işləmədiklərinə görə, iclaslar keçirilmirdi və qərarlar qəbul olunmurdu.  

 

4 Oktyabr 2018-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərman ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni Nizamnaməsi təsdiq edildi. Yeni nizamnamə ilə Palatanın idarəetmə orqanlarından Direktorlar Şurası ləğv edilib. Şuranın səlahiyyətləri İdarə Heyətinə verilib.

 

İndiyədək mühüm məsələlərə Direktorlar Şurasının iclasların baxılırdısa, bundan sonra İdarə Heyətinin iclaslarıda qərarlar qəbul olunacaqdır. Yeni Nizamnamə Palataya daha çevik qərarlar qəbul etməyə imkan verir. Çünki artıq Palatada iki rəhbərlik mövcud deyil. Rüfət Aslanlı rəsmən vəzifəsini itirib.

 

Çoxdandır, bir neçə bank və bank olmayan kredit təşkilatının bağlanacağı barədə şaiyələr gəzir. Maliyyə vəziyyəti pis olan banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri hazırlıqlı olsunlar. Bundan sonra Palatada İdarə Heyətinin ayda bir dəfədən az olmayaraq keçiriləcək iclasından sürpriz qərarlar çıxa bilər. Bu qərarlar təkcə lisenziyanın ləğv edilməsi barədə deyil, təşkilatların sağlamlaşdırılması barədə də ola bilər.

 

HƏMÇİNİN OXU:Palatada rəhbərlik böhranı Yeni Nizamnamə ilə sona çata bilər

 

05.10.2018 06:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ